AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar
AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar
Azərbaycan Hava Yolları ilə Bakı-Milan istiqaməti üzrə səyahət edən sərnişinlər indi İtaliyanın məşhur "The Mall Firenze" və "The Mall Sanremo" ticarət mərkəzlərində xüsusi imkanlardan yararlana bilərlər.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, imtiyazlar AZAL və İtaliyanın lüks sinifli alış-veriş sahəsində ixtisaslaşan "The Mall Luxury Outlets" şirkəti arasında yeni əməkdaşlıq sayəsində mümkün olub.
Əməkdaşlıq sərnişinlərə "Gucci" butikinə və "Tax Free Lounge" zalına prioritetli giriş, həmçinin içkilər və birgə layihədə iştirak edən butiklərdə alış-veriş zamanı 10%-ə qədər endirim təqdim edir. Biznes sinifi sərnişinləri əlavə olaraq "V.I.P. Lounge by Poltrona Frau" zalına giriş imkanı əldə edirlər. Qeyd edək ki, bu üstünlüklərdən faydalanmaq üçün sərnişinlər minik talonlarını təqdim etməlidirlər.
İmtiyazlar Bakı ilə Milan arasında uçuş edən sərnişinlərin səfərlərini daha rahat və xoş etmək məqsədini daşıyır. AZAL müştərilərin gözləntilərini qarşılamaq və səyahətləri unudulmaz etmək üçün öz xidmətlərini genişləndirməyə davam edir. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Faiq Ağayevə ağır itki üz verdi
Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq
Hamiləliyini sonlandırarkən ölən qadın əvvəlcə bu hospitalda olub - DETALLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var