AZAL Gəncədən Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar həyata keçirməyə başlayır
AZAL Gəncədən Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar həyata keçirməyə başlayır
"Azərbaycan Hava Yolları" aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Reyslər hər həftə yerinə yetiriləcək.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Aviaşirkətin Bakı - Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt-Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.
Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu