AZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub - FOTO

AZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub - FOTOAZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub - FOTO
Martın 1-də Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.   
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
AZAL prezidenti Cahangir Əsgərov giriş nitqində yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə bütün uçuş heyətinə öz minnətdarlığını bildirib. Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olub. Onun sözlərinə görə, həmçinin bütün aviatorların yüksək ixtisası və kollektiv əməyi sayəsində Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.   
O, uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviadaşıyıcısının ən yüksək prioriteti olduğunu xüsusilə vurğulayıb. Ən son IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələblərə uyğunluğunu bir daha təsdiq edib. Uçuşların təhlükəsizliyi və aviadaşımaların səmərəliliyi məsələlərinə böyük diqqət yetirən AZAL uçuşların təhlükəsizliyinin səviyyəsinin və sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir.   
"Təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması və sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi AZAL-ın möhkəm və mehriban kollektivinin gündəlik əməyidir. Bu, texniki əməkdaşlardan tutmuş yerüstü və təyyarə göyərtəsində çalışan personala qədər - hər bir aviatorumuzun işidir", - deyə Cahangir Əsgərov bildirib. Onun sözlərinə görə, aviaşirkətin hər bir əməkdaşı çalışır ki, Azərbaycan aviaşirkətlərinin sərnişinləri təyyarədə özlərini rahat və təhlükəsiz hiss etsinlər, həmçinin aviasiya sənayesinin ən ciddi qaydalarına cavab verən yüksək səviyyəli xidmətlə təmin olunsunlar.   
Cahangir Əsgərov qeyd edib ki, rəhbərlik uçuş heyəti ilə daimi əsasda məsələlərin birgə həllinə və əhəmiyyətli məqsədlərin həyata keçirilməsinə yönəlmiş konstruktiv dialoq aparır. Onun sözlərinə görə, AZAL-da əməkdaşlara öz potensiallarını nümayiş etdirməyə və aviaşirkətin ümumi məqsədlərinə nail olmaq üçün təcrübələrindən istifadə etməyə imkan verən şərait yaradılıb.  
AZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub - FOTO/ oxu.az

Turizm       Tarix: 01 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes meherremlik 2026 valyuta mezennesi banklar kriminal xeber