AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır
AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Özbəkistanın daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, yanvarın 28-dən etibarən "Azərbaycan Hava Yolları" Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə, şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq.
Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar həyata keçirir. Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür.
Aviabiletləri "Azərbaycan Hava Yolları"nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu