AZAL təxirə salınmış Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
AZAL təxirə salınmış Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
"Azərbaycan Hava Yolları" QSC dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.
Müraciətdə planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün sərnişinlərin bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşması xahiş olunur.
Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək.
Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib. Onların cədvəlinin tezliklə dərc olunacağı bildirilib.
Bununla yanaşı, xüsusilə qeyd edilib ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu