AZAL təxirə salınmış Naxçıvan reyslərinin yeni cədvəlini açıqladı - FOTO/VİDEO
AZAL təxirə salınmış Naxçıvan reyslərinin yeni cədvəlini açıqladı - FOTO/VİDEO
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
AZAL-dan verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər.
Bundan başqa, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
/ oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu