AZAL "Təyyarə bələdçisi" vəzifəsinə işə qəbulu davam etdirir
AZAL "Təyyarə bələdçisi" vəzifəsinə işə qəbulu davam etdirir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.
Bu barədə AZAL məlumat yayıb.
Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.
Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.
"Təyyarə bələdçisi" vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun:
Namizədlər bu vakansiya üzrə www.azal.az saytının "Karyera" bölməsindən müraciət edə bilərlər. Həmçinin CV-ləri [email protected] poçt ünvanına göndərmək və yaxud Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının "Beynəlxalq uçuşlar" (Şimal) girişində yerləşdirilən xüsusi qutuya atmaq olar. / oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi