"AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib" - FOTO

"AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib" - FOTO
"Təkcə xarici aviaşirkətlər hesabına deyil,  AZAL da marşrut şəbəkəsini genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləmişik". 
AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib ki, 2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulub:
"Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir". 
Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və  Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb. 
Samir Rzayev bildirib ki, AZAL tərəfindən bu il bir çox istiqamət üzrə uçuşlara başlanması nəzərdə tutulub:
"Bu ilin mart ayından etibarən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından isə milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək". 
Regional aeroportların fəaliyyətinə də toxunan Samir Rzayev qeyd edib ki, hazırda aşağıbüdcəli aviaşirkət olan "WizzAir" ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır. 
/ oxu.az

Turizm       Tarix: 23 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes meherremlik 2026 valyuta mezennesi banklar kriminal xeber