AZAL və "Air Astana" kod-şerinq formatında əməkdaşlığı genişləndirirlər

AZAL və AZAL və "Air Astana" kod-şerinq formatında əməkdaşlığı genişləndirirlər
Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıblar.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında aviasiya kommunikasiyalarının inkişafında mühüm addımdır və iki ölkənin turizm və biznes potensialının inkişafına kömək edəcək.
AZAL və "Air Astana" arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək. Bu, səyahət planlamasında rahatlıq və çevikliyi təmin edəcək.
Kod-şerinq təcrübəsi mülki aviasiyada geniş istifadə olunur və aviaşirkətlər arasında müqavilələrə əsaslanır. Bu əməkdaşlıq çərçivəsində aviaşirkətlərdən biri qeyd edilmiş istiqamətlərə uçuşlar yerinə yetirir, digər aviaşirkət isə öz kodu ilə bu reyslərə aviabiletlərin satışını həyata keçirir.
Kod-şerinq müqaviləsi çərçivəsində aviaşirkətlər həftədə beş dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə birgə uçuşlar həyata keçirəcəklər.
Bu tərəfdaşlıq iki ölkə arasında turizm axınının inkişafına kömək edəcək, həmçinin səyahət seçimini və rahatlığını genişləndirərək sərnişinlərə hər iki aviaşirkətin xidmətlərindən istifadə etmək imkanı verəcək. / oxu.az

Turizm       Tarix: 21 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri idman xeberleri bugünkü son xəbərlər apa.az xeberler