AZAL yeni təyyarələr alacaq - FOTO
AZAL yeni təyyarələr alacaq - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dargövdəli "Airbus A320Neo" və genişgövdəli "Boeing 787-8 Dreamliner" təyyarələri ilə yeniləyəcək.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, bu günə kimi aviaşirkət üç" Airbus A320Neo" təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.
"Airbus A320Neo" uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir.
"Airbus A320Neo" həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir. Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı "Airbus A320Neo" təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

/ oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu