Azər Aydəmir: "50 manata seriala çəkilərlər?
Azər Aydəmir: "50 manata seriala çəkilərlər?"
"Telekanal rəhbəri var idi, serial çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər".
"Olay" yazır ki, bu sözləri "Səhərin səsi" verilişində aktyor-aparıcı Azər Aydəmir deyib. Sənətçi söyləyib ki, adını çəkmək istəmədiyi aktrisa kanal rəhbərinə qonorara görə etiraz edib:
"Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursunuz, 50 manata seriala çəkilərlər? Heç olmasa, qonorarı artırın, yaxşı iş görək. Bu kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə 500 manat da versəm, belə oynayacaqsınız, 50 manat da. Qonorarla yaradıcılığın heç bir əlaqəsi yoxdur.
Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam, rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir, Məmməd 500. Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək. Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə, insanın beyin məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin problemindir". / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi