"Azər - Türk Bank" ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü

Bankın əməliyyat mənfəəti 30% artmışdır
2026-cı ilin ilk 6 ayı ərzində "Azər-Türk Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil etmişdir.
Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlmiş, depozit portfeli isə 30% artaraq 1,5 milyard manata çatmışdır.
Hesabat dövrünün sonuna Bankın aktivləri 129,8 milyon manat artaraq 2 milyard manatı, kredit portfeli isə 828 milyon manatı keçmişdir.
2026-cı ilin ilk altı ayında Bankın gəlirləri 92,5 milyon manat, o cümlədən faiz gəlirləri 69,8 milyon manat, qeyri-faiz gəlirləri isə 22,7 milyon manat təşkil etmişdir. 
Hesabat dövründə ATB beynəlxalq mükafata layiq görülüb
Hesabat dövründə "Azər-Türk Bank" beynəlxalq nüfuza malik Capital Finance International (CFI.co) nəşri tərəfindən "Green Banking Sustainability Pioneer Azerbaijan 2026" ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026") mükafatına layiq görülüb. Bu mükafat bankın dayanıqlı inkişaf və ESG prinsiplərini fəaliyyətinə uğurla inteqrasiya etməsinin, yaşıl maliyyələşdirmənin inkişafına verdiyi töhfənin və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bank ilin ən nüfuzlu IFBS 2026 forumunun rəsmi tərəfdaşı oldu
Həmçinin Bank Bakıda keçirilən və regionun aparıcı maliyyə-bank tədbirlərindən biri olan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" (IFBS 2026) forumunda rəsmi tərəfdaş qismində iştirak etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə keçirilən forum qlobal maliyyə trendlərinin, regional əməkdaşlığın, ödəniş sistemlərinin inteqrasiyasının və beynəlxalq tərəfdaşlığın inkişafının müzakirəsi üçün mühüm platforma olmuşdur.
Dövlət proqramlarında qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına dəstək
Hesabat dövründə "Azər-Türk Bank" Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" haqqında müvafiq sərəncamlarından irəli gələn hədəflərin həyata keçirilməsinə dəstəyini davam etdirmişdir. Bu çərçivədə Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiya xəstəsi uşaqlara dəstək məqsədilə qanvermə aksiyası təşkil etmiş, əməkdaşları isə aksiyada könüllü iştirak etmişlər.
Eyni zamanda, Bank təhsil və gənclərin inkişafına yönəlmiş təşəbbüslərini genişləndirərək Bakı Ali Neft Məktəbi (BANM) ilə Anlaşma Memorandumu imzalamışdır. Memorandum elm və təhsilin istehsalatla inteqrasiyasını, tələbələrin təcrübə proqramlarının təşkilini və gənc mütəxəssislərin məşğulluğunu nəzərdə tutur. Təhsilə və gənclərin inkişafına verdiyi davamlı töhfəyə görə "Azər-Türk Bank" cari ildə Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə fəaliyyət
Bu ilin aprel ayında daha bir əhəmiyyətli saziş imzalanmışdır. Ölkədə enerji ehtiyatlarından səmərəli istifadəni və enerji effektivliyini dəstəkləmək məqsədi ilə "Azər - Türk Bank" və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müqavilə bağlanmışdır.
Bu sazişdə əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir. / azxeber.com

İqtisadiyyat       Tarix: 15 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne