"Azəraeronaviqasiya" dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub

"Azəraeronaviqasiya" dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub
AZAL QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) CANSO təşkilatının "Global Safety Achievement Award 2022" nominasiyasında (2022-ci ildə uçuşların təhlükəsizliyi sahəsində qlobal nailiyyətlərinə görə) aeronaviqasiya xidməti üzrə dünyanın etibarlı təchizatçılarından biri kimi təsdiq edilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
CANSO – Beynəlxalq Aeronaviqasiya Təminatı Təchizatçıları Təşkilatıdır ("Civil Air Navigation Services Organization"). Azərbaycan 2005-ci ildən etibarən CANSO-nun üzvüdür.
CANSO-nun bu nominasiyasında ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA), "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS), Argentinanın EANA S.E, Tailandın AEROTHAI və Yeni Zelandiyanın "Aeropath Ltd" aeronaviqasiya xidmətləri top-5 aeronaviqasiya xidməti təchizatçıları kimi seçiliblər.
"Böyük qürur hissi ilə qeyd edə bilərəm ki, hava hərəkətinin təşkilinin təhlükəsizliyi eyni dərəcədə peşəkar və nəticəyönümlü olmaqda davam edir", - deyə CANSO-nun Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə daimi komitəsinin sədri Osman Saafan bildirib.
2022-ci ildə milli, regional və qlobal səviyyədə uçuşların təhlükəsizliyinin təmin edilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə AZANS-ın fəaliyyəti beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilib.
"Azəraeronaviqasiya" HHİ regionda baş verən hadisə ilə bağlı Avropa daşıyıcıları üçün təhlükəsiz və etibarlı hava dəhlizinin səmərəli təşkilinin təmin edilməsində mühüm rol oynayıb.
Azərbaycanın hava məkanı yüksək səviyyəli aeronaviqasiya xidmətinin göstərilməsinə və Avropa və Asiya regionlarını birləşdirən əsas hava dəhlizlərinin burada kəsişməsinə görə xarici aviaşirkətləri getdikcə daha da cəlb edir. AZANS tərəfindən vaxtında görülən tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddət ərzində alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa biliblər.
Qeyd edək ki, son illər Azərbaycanın hava məkanının tranzit ölkə kimi rolu artıb. Belə ki, ərazi üzərində hava məkanında tranzit daşımalarının orta artım tempi 134,1% təşkil edərək, pik aylarda 260%-ə çatıb. Hazırda bir ay ərzində Azərbaycanın hava məkanında təxminən 12 min tranzit uçuş həyata keçirilir. Azərbaycan ərazisindən keçən Orta Dəhlizin logistikasının inkişafı da son iki ildə yüksək beynəlxalq səviyyədə dəstəklənir.
Həmçinin qeyd edək ki, "Azəraeronaviqasiya" HHİ 2022-ci ildə Azərbaycanın hava məkanında və ya qonşu uçuş məlumatları rayonlarında (UMR) qəza vəziyyəti yaşayan xarici aviaşirkətlərin hava gəmilərinin təhlükəsizliyini və onların Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu qəza enişini təmin etmişdir.
Beləliklə, göyərtəsində texniki nasazlıqlar və ya regionda yerləşən hava limanlarında hava şəraitinin pisləşməsi ilə əlaqədar qəza siqnalı verən xarici aviaşirkətlərin iri sərnişin təyyarələri, o cümlədən dünyanın ən geniş "Airbus A380" sərnişin laynerləri təcili aeronaviqasiya xidməti və təhlükəsiz eniş ilə təmin edilib.
AZANS hava marşrutlar şəbəkəsini inkişaf etdirərək və onların səmərəliliyini və ekoloji təhlükəsizliyini artıraraq Azərbaycanın Avropadan Asiyaya və geriyə hava daşımaları üçün birləşdirici qovşaq olması istiqamətində bütün səylərini göstərir. / oxu.az

Turizm       Tarix: 19 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler xeber.az son xeberler en son xəbərlər bugün son xeberler bugun 2026 canli