Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldıÖtən cümə günü axşam saatlarında Ermənistanın baş nazir Nikol Paşinyan Milli Assambleyada "Vətəndaş paktı" fraksiyasının deputatları ilə növbəti qapalı görüşü keçirib.
KONKRET.az xəbər verir ki, görüş geniş tərkibdə keçirilib, hökumətin demək olar ki, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.
İki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib. Əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin, daha doğrusu, növbəti seriyasının müzakirəsi ilə bağlı olmalı idi, amma Tavuşun dörd yaşayış məntəqəsinin gündəmə gəlməsi ilə həm birinci, həm də ikinci məsələlər müzakirə edilib.
Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda Azərbaycan müharibə ilə qalib gələcək.
Bəzi deputatlar bildiriblər ki, kəndləri bu yolla yox, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Paşinyan bildirib ki, o, belə yolu istəmir, çünki Azərbaycan nəinki hərbi yolla mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar.
Çıxış edən deputatlar prosesin proporsionallıq prinsipi ilə aparılmasını təklif ediblər. Ancaq Nikol Paşinyan çarəsiz halda etiraf edib ki, onlar Azərbaycana məsələni bu yolla həll etməyi təklif ediblər, lakin müsbət cavab alacaqlarına ümid etmirlər.
İkinci mövzunun müzakirəsi zamanı daha qızğın mübahisə baş verdi. Komanda yoldaşlarının çıxışlarını dinləyən Nikol Paşinyan ağrı və təəssüf hissi ilə qeyd edib ki, Aİ üzvlüyünə namizədliyin təqdim olunması ilə bağlı konsensus formalaşmır və bu, Ermənistanın inkişafını bir neçə dəfə ləngidir.
Məlumata görə, bu məsələnin müzakirəsi zamanı iki əks qütb formalaşıb: Qriqoryançılar və Paşinyançılar. Birinci qanad təmsilçilərinin əsas arqumenti iqtisadi amillər olub. Ermənistanın Rusiyadan bu yöndə tam asılı olduğu vurğulanıb, bildirilib ki, kənd təsərrüfatı məhsulları üçün əsas bazar Rusiyadır. Üstəlik, Ermənistan Avropa bazarlarının standartlarından uzaqdır. Paşinyan bu məsələdə də qətiyyətli olub, deyib ki, biz Rusiya bazarını Ermənistan fermerlərinə və təsərrüfat subyektlərinə bağlayacağıq, onlar yüksək keyfiyyətli məhsul təqdim etməli olacaqlar.//Publika.az

Siyasi       Tarix: 26 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com