Azərbaycan alimləri "The Lancet" dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər - FOTO

Azərbaycan alimləri "The Lancet" dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər - FOTOAzərbaycan alimləri "The Lancet" dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər - FOTO
Bir qrup Azərbaycan alimi nüfuzlu "The Lancet" dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər. 
Belə ki, Hayrazat Hazaryan və həmkarları (Mart 2021) son Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanda COVID-19-a yoluxma sayının acınacaqlı həddə artmasını deyiblər.
Lakin, bu şərh COVID-19 statistikasının səhv təqdim edilməsi, həqiqətləri yanlış göstərmək və mühüm tarixi konteksti nəzərə almamaqla elmi məlumatları siyasiləşdirmək cəhdidir.
Bildirilir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərindən etibarən qlobal miqyasda COVID-19-a yoluxma sayının artmasının əsas səbəbləri arasında soyuq hava və aşağı rütubət, açıq toplantılardan qapalı məkanlara keçid, müəssisələrin və məktəblərin açılması yer alır.
Hərbi qarşıdurma pandemiyanı kəskinləşdirə bilsə də, son dövrlərdə gündəlik COVID-19 yoluxmalarının sayında kəskin artım Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından əvvəl olub.
Bu artım Azərbaycan və Ermənistana qonşu olan və münaqişəyə qarışmayan ölkədə - Gürcüstanda da qeydə alınıb.
Xatırladılır ki, İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-də Azərbaycanın tam qələbəsi ilə sona çatıb.
Azərbaycan alimləri "The Lancet" dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər - FOTO"Ermənistan və Azərbaycan arasındakı münaqişə tarixi ilə bağlı Hazaryanın və həmkarlarının bəzi açıqlamalarına aydınlıq gətirməyə çalışırıq.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağ işğal edilib və orada erməni qüvvələri tərəfindən etnik təmizlənmə aparılıb ki, bu da beynəlxalq hüququ kobud şəkildə pozur. Münaqişənin başlanğıcından - 1980-ci illərin sonlarından başlayaraq bir milyondan çox etnik azərbaycanlı evlərini tərk edib ki, bu da böyük humanitar fəlakətlə nəticələnib. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, sülh razılığı əldə edilməyib. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.
Hazaryan və həmkarları son hərbi əməliyyatlar zamanı erməni tərəfindən çoxsaylı mülki şəxslərin öldürülməsindən bəhs edirlər. Bununla yanaşı onlar Ermənistanın Azərbaycanın sıx məskunlaşmış şəhər və kəndlərinə hücumlarının 414 mülki şəxsin yaralanması və 94 nəfərin ölümü ilə nəticələndiyini yada salmayıblar. Əlavə olaraq Ermənistan Silahlı Qüvvələri bu hücumlar zamanı ağır artilleriyadan, qadağan edilmiş döyüş sursatlarından və uzun mənzilli raketlərdən istifadə ediblər.
Biz 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq hüququn bərpasına və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə nəticələnən atəşkəsi alqışlayırıq.
Səhiyyə işçiləri olaraq hamımızı insan hüquqlarının tanınması və insan həyatının dəyərinə inam birləşdirir. Elmin etnosentrik baxışlarla siyasiləşdirilməsi onun həyatımıza müsbət təsirini sarsıdır. Elmimizi siyasi məqsədlər üçün istifadə etmədən hamımızın sülhü təbliğ etməyə və hərbi münaqişələrin qarşısını almağa çalışmağımız vacibdir", - deyə məqalədə bildirilir. 

Siyasi       Tarix: 17 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı