Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq

Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq"Diplomatiyanın yenidən qurulması" mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq rəsmi şəxslər və jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatı başa çatıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, Azərbaycanın bu forumda rəsmi heyətlə təmsil olunması nəzərdə tutulub.
Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib.
Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə 10 min nümayəndənin iştirak etməsi gözlənilir. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi Forum çərçivəsində nəzərdə tutulan "Sülh və rifaha uzanan qlobal və regional yollar", "Enerji təhlükəsizliyindəki mürəkkəblik", "Müdafiə sənayesinin gələcəyi", "Cənubi Qafqaz üçün körpü", "Terrorizmlə mübarizə: çatışmayan nədir" və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir.
Mövzulardan da göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da bir araya gələcəyi bu tədbirə marağı daha da artırıb.
Xatırladaq ki, ötən il "Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar" mövzusunda keçirilmiş Antalya Diplomatik Forumunda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak etmişdi. Həmin forumdakı iclaslardan biri "Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər" mövzusuna həsr olunmuşdu. Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən panel iclaslarında, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin xarici siyasətinin istiqamətləri, həmçinin diplomatik missiyamızdakı mühüm tərəflərinə dair müzakirələr aparmışdılar.

Siyasi       Tarix: 08 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xeber az sonxəbər xəbər az