"Azərbaycan beynəlxalq həmrəyliyi təşviq etmək üçün səylərini əsirgəmir" - XİN
Azərbaycan milli səviyyədə və Qoşulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir və beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir.
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının "Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi" mövzusunda ümumi müzakirələri zamanı çıxışında söyləyib.
Nazir qeyd edib ki, COVID-19 pandemiyasının başlamasından bəri Azərbaycan bu çağırışla mübarizə aparmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürərək, mübarizənin ön sıralarında yer alıb.
"Beynəlxalq əməkdaşlıq və siyasi iştirak qadınlar və gənclər də daxil olmaqla, müxtəlif maraqlı tərəflərin cəlb edilməsini tələb edir. Azərbaycan, Şuşa Sazişinə uyğun olaraq Bakıda daimi katibliyi olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılmasına təşəbbüs göstərməklə bunu Qoşulmama Hərəkatına sədrliyinin əsas fokusuna çevirib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının təşəbbüskarı olub", – deyə C.Bayramov diqqətə çatdırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ