"Azərbaycan bu ilin sonunadək Xankəndi və ətraf rayonların azad edilməsi problemini həll etməlidir - Rəsul Quliyev
"Azərbaycan ən geci bu ilin sonunadək Xankəndi və ətraf rayonların azad edilməsi və özünü erməni milləti hesab edən Azərbaycan vətəndaşlarının problemini bir dəfəlik həll etməlidir."
KONKRET.az bildirir ki, bu fikirləri eks-spiker Rəsul Quliyev "facebook" səhifəsində paylaşıb:
"İlk növbədə özlərini Azərbaycan vətəndaşı hesab edən ermənilərin siyahısı tutulmalıdır.
Bu iş maksimum oktyabrın sonunadək başa çatmalıdır. Ondan sonra qısa bir müddətə bu adamların həqiqətən Azərbaycanın Qarabağ regionunda anadan olduğu və yaşadığı sübuta çatdırılmalı və Azərbaycanda yaşamaq istəyən, Azərbaycan ərazisində heç bir cinayət işlətməmiş, Azərbaycan xalqına qarşı silah istifadə etməmiş şəxslərə Azərbaycan vətəndaşlığı verilməlidir. Kimlərsə vətəndaş olmaq istəmirsə ancaq mülkiyyətlərini satıb Azərbaycandan köçmək istədiklərini elan edirlərsə, onu təşkil etmək lazımdır. Onların Azərbaycandan getməklərini nəzarət altında təşkil etmək mütləqdir. Dekabr ayında Rusiya sülhməramlılarının Azərbaycanı tərk etmələri təmin edilməlidir. Azərbaycan höküməti 2023-cü ildə Qarabağda ərazi inzibatı reforması həyata keçirməli, Şuşa və Xankəndi bu regionun əsas şəhərləri elan etməlidir.
Əminəm ki, bu gün ortaya qoyulmuş dəmir iradə ilə yürüdülən siyasət vasitəsilə bunu təmin etmək mümkündür…"

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Paytaxtın iki rayonunda su olmayacaq
Tanınmış iş adamı VƏFAT ETDİ
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
AccessBank tenderin vaxtını uzatdı
Zelenski təyyarəsinə 2 dəfə hücum cəhdindən danışdı