ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
UEFA İcraiyyə Komitəsi qarşıdakı mövsümlərdə avrokubokların final qarşılaşmalarının keçiriləcəyi stadionları təsdiqləyib.
KONKRET.azxəbər verir ki, bununla bağlı qərarlar UEFA İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2028-ci il finalı Almaniyanın Münhen şəhərindəki "Münhen Arena"da keçiriləcək. 2029-cu ilin həlledici qarşılaşmasına isə İspaniyanın Barselona şəhərində yerləşən "Kamp Nou" stadionu ev sahibliyi edəcək.
Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il finalı Fransanın Lion-Desin şəhərindəki "Park Olimpik Lionne" stadionunda, 2029-cu il finalı isə Uelsin Kardiff şəhərindəki "Milli Stadion"da təşkil olunacaq.
UEFA Avropa Liqasında 2028-ci ilin final qarşılaşmasının ünvanı Rumıniyanın Buxarest şəhərindəki "Milli Arena" olacaq. 2029-cu ildə isə bu turnirin finalı Serbiyanın Belqrad şəhərindəki "Milli Stadion"da keçiriləcək.
UEFA Konfrans Liqasının 2028-ci il finalına İtaliyanın Turin şəhərindəki "Yuventus Stadionu", 2029-cu il finalına isə Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena" ev sahibliyi edəcək.
UEFA Superkuboku uğrunda qarşılaşmanın 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki "Yohan Kroyf Arena"da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçirilməsi qərara alınıb.
Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi isə İsveçrənin "Biel/Bienne Arena" idman kompleksində təşkil olunacaq.
İclasda, həmçinin 2026/2027 mövsümündə UEFA Millətlər Liqasının pley-off mərhələsi ilə bağlı dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklərin turnirin 2028/2029 mövsümündən etibarən dörd deyil, üç liqadan ibarət yeni formatına keçidi asanlaşdıracağı bildirilib.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti toplantısı dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto