"Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin" – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi

Rusiyada çalışan Özbəkistan vətəndaşlarının kütləvi şəkildə vətənə qayıtması qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Özbəkistanın Miqrasiya Agentliyinin məlumatına görə, 2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Rusiyadan ümumilikdə 100 min civarında Özbəkistan vətəndaşı geri qayıdıb.
Onlardan 54 885 nəfər Rusiyadan birbaşa Özbəkistana, daha 41 530 nəfər isə Qazaxıstan ərazisindən keçməklə ölkəyə qayıdıb.
Miqrasiya Agentliyi bu miqyaslı geri dönüşün konkret səbəbini açıqlamayıb. Bununla belə, bəzi ekspertlər prosesi Rusiyada əmək miqrantları üçün şəraitin dəyişməsi, gəlirlərin azalması, aşağı əməkhaqqı, qeyri-sabitlik və təhlükəsizlik riskləri ilə əlaqələndirirlər.
Son bir ildən artıq müddətdə Rusiyada, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn, əksəriyyəti müsəlman olan miqrantlara münasibətin kəskin sərtləşməsi də diqqət çəkir. Miqrasiya qanunvericiliyi sərtləşdirilib, polis yoxlamaları və deportasiya mexanizmləri genişləndirilib.
Bu sərt xəttin tanınmış tərəfdarlarından biri Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovdur. O, Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrasiyanı dəfələrlə Rusiyanın milli və mədəni kimliyinə təhlükə kimi təqdim edib. Kabanov son çıxışlarında halal məhsulların yayılması, yeni məscidlərin tikilməsi, islam bankçılığı, ictimai yerlərdə namaz qılınması, hicab və niqabın yayılmasını Rusiyanın islamlaşdırılması prosesinin elementləri adlandırıb.
Kabanovun fikrincə, başqa xalqların dini və milli ənənələrinə yalnız onlar rus milli maraqları və pravoslav ənənələri ilə ziddiyyət təşkil etmədiyi müddətdə hörmət edilməlidir. O, miqrasiya nəticəsində Rusiyada demoqrafik və mədəni balansın dəyişməsi barədə də dəfələrlə xəbərdarlıq edib.
"Rus dünyası" ideologiyasının ən tanınmış simalarından Aleksandr Dugin isə son illərdə, o cümlədən yaxın dövrdə dəfələrlə daha açıq mövqe nümayiş etdirib. O, Rusiyada yaşayan tacik miqrantlara rus dilini öyrənməyi, rus ədəbiyyatını mənimsəməyi və pravoslavlığı qəbul etməyi təklif edib. Dugin miqrantların uşaqlarını xaç suyuna salmasını, kilsədə nikaha girməsini, pravoslav dini qaydalarına əməl etməsini və Rusiyanı müdafiə etməsini də bu modelin tərkib hissəsi kimi göstərib. Onun təqdim etdiyi yanaşmada miqrantın "rus dünyasına" inteqrasiyası sadəcə dil və qanunlara uyğunlaşma deyil, dini-mədəni assimilyasiya ilə də əlaqələndirilir.
Beləliklə, Rusiyada miqrantlarla bağlı sərt ritorika artıq yalnız qanunsuz miqrasiya və əmək bazarı məsələləri ilə məhdudlaşmır. Müzakirələrdə İslam, müsəlman dini atributları və Mərkəzi Asiyadan gələn əhalinin demoqrafik təsiri də getdikcə daha çox hədəfə çevrilir.
Paradoks ondadır ki, Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn miqrantlara təzyiq artdığı bir vaxtda Rusiya ciddi işçi çatışmazlığı səbəbindən Hindistan və digər ölkələrdən əmək miqrantlarının cəlbini genişləndirir. Rusiyada işçi qüvvəsi çatışmazlığının milyonlarla nəfər olduğu qiymətləndirilir və Moskva bu boşluğu yeni ölkələrdən gələn işçilərlə doldurmağa çalışır.

Siyasi       Tarix: 14 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir

"Korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübariz

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar