İrəvan sərhəd mesajı verdi – Bakı və Ankaranın planının DETALLARI

İrəvan sərhəd mesajı verdi – Bakı və Ankaranın planının DETALLARIErmənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu bəyan edib.
Sitat:
"Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb. Ermənistan sərhədin açılmasına istənilən an, hətta indi hazırdır".
Türkiyə–Ermənistan sərhədinin tezliklə açılacağı haqda deyilənlər nə qədər əsaslıdır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, sərhədlərin açılması üçün ilk növbədə Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə mövcud problemləri həll edilməlidir:
"Ən vacib məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Digər mühüm məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası da tam başa çatdırılmalıdır. Çünki Azərbaycanın bəzi kəndlərinin əraziləri hazırda Ermənistanın nəzarətindədir.Bu kəndlərin və həmin ərazilərin hüquqi statusu ilə bağlı məsələlər də həll olunmalıdır".
Siyasi şərhçi bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması, yeni konstitusiyanın qəbul edilməsi də mühüm şərtlərdən biridir:
"Ermənistanın Türkiyə ilə bağlı problemləri sırasında isə qondarma "soyqırımı" məsələsi və ərazi iddiaları xüsusi yer tutur. Yalnız bütün bu problemlər aradan qaldırıldıqdan sonra Türkiyə-Ermənistan sərhədinin tam şəkildə açılması real görünür.
Xüsusilə dəmir yolu əlaqələrinin bərpası, yeni nəqliyyat marşrutlarının açılması Ermənistanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Buna görə də prosesdən Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan da ciddi fayda əldə edə bilər. Lakin Ermənistan daxilində hələ də revanşist qüvvələrin mövcudluğu prosesin qarşısında müəyyən maneələr yaradır. Bu qüvvələrin Azərbaycana və Türkiyəyə qarşı müxtəlif iddiaları davam edir. Bununla belə, hazırkı Ermənistan hökumətinin müəyyən addımlar atdığını da qeyd etmək lazımdır. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyanla bağlı məhkəmə proseslərinin aparılması Ermənistanda siyasi yanaşmaların dəyişdiyini göstərən müəyyən nümunələrdir.
Əgər bu məsələlər mərhələli şəkildə həllini taparsa, yekunda Türkiyə-Ermənistan sərhədinin açılması da reallaşa bilər".

Siyasi       Tarix: 14 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar