"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
"Sabah" Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.
KONKRET.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. "Xəzri" 1995/96, "Xəzər Lənkəran" 2017/2018, "Qarabağ" 2019/2020-ci illər mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, "Sabah" dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.
V turda "Şəfa"nı 3:0 hesabı ilə məğlub edən "Sabah" Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da "Səbail"lə matça təsadüf edib – 3:0.
Bu qarşılaşmada fərqlənən Velko Simiç "Sabah"ın heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı