Azərbaycan ciddi ekoloji fəlakətlə üz-üzədir - SOS - ÖZƏL

Azərbaycan ciddi ekoloji fəlakətlə üz-üzədir - SOS - ÖZƏLAntropogen təsirlər nəticəsində Kür çayında suyun səviyyəsi sürətlə azalır. Qəribə haldır ki, qış aylarında da bu proses dayanmır. Ekspertlərin verdiyi məlumata görə çayın Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət xeyli mürəkkəbləşib. Qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür.
Təkcə son 4-5 gündə çayda suyun səviyyəsi 80 santimetrə yaxın azalıb. Bu da əhalinin ciddi narahatlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, çayın suyu göyərib, ondan içməli su kimi istifadə etmək belə mümkün deyil.
Kürün bir çox ərazilərində irili-xırdalı xeyli adalar yaranıb. Su nasosları tam gücü ilə işləyə bilmir. Mütəxəssislərin dediyinə görə, çayda suyun səviyyəsinin sürətlə azalması belə templə davam edərsə, gələcəkdə Kürboyu yaşayış məntəqələrinin əhalisi ciddi problemlərlə qarşılaşa bilər.
Bəs Kür çayında sululuğun bu qədər azalmasının səbəbi nədir?
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan əldə etdiyimiz məlumata görə, Kür çayında suyun kəskin azalmasının səbəbini öyrənmək üçün Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Kür çayı boyu dördgünlük araşdırma aparıblar. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.
Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir. Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.
Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib.
Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara aşağıdakılar aiddir:
1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;
2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq, Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;
3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;
4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;
5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;
6. Çay suyundan özbaşına su götürülmələri və s.
Alimlər vurğulayıblar ki, bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli və suvarma su qıtlığından ciddi əziyyət çəkəcəklər.
Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 26 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Ginekoloji xəstəliklər niyə yayda kəskinləşir?

Ginekoloji xəstəliklər yay mövsümündə daha tez-tez kəskinləşir. Bu, açıq su hövzələrində çimmək, çimdikdən sonra soyuma və uzunmüddətli səfərlər nəticəsində baş verir. . Bu barədə "İzvestiya" qəzetinə ginekolo

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xəbər az son.xeberler siyaseti xeberler bugun