Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər

Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilərAzərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər
Azərbaycanın yaşıl inkişaf və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün yaxşı şərait yaradacaq.
"Report" xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır", - deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, yaşıl enerji sahəsində belə əməkdaşlığa misal olaraq "ACWApower" şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar:
"Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər".
"Fürsətdən istifadə edərək Çini yaşıl keçiddə əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür", - deyə Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, budəfəki səfər zamanı oxşar layihələr müzakirə olunub, məsələn, çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması buraya daxildir: 
"Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib".

Maraqlı       Tarix: 21 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər