"Azərbaycan da Putinə "yox" dedi" - Rusiya mətbuatı

"Təkcə Avropa İttifaqı deyil, Azərbaycan da Rusiya prezidenti Vladimir Putinin tələblərini yerinə yetirməkdən – qazın pulunu rublla ödəməkdən imtina edib. Rusiyanın belə bir ultimatumu mavi yanacağın dollar və avro ilə ödənilməsini nəzərdə tutan uzunmüddətli müqavilələri pozur".
KONKRET.az Rusiyanın "İnterfax" nəşrinə istinadla xəbər verir ki, Azərbaycan Putinin tələbinə tabe olmağa və qazın pulunu rublla ödəməyə hazır olduqları haqda yayılmış məlumatları təkzib edib.
"Bazar ertəsi mətbuatda Azərbaycan Respublikasının Rusiyadan idxal etdiyi qazın dəyərini rublla ödəyəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu məlumat reallığı əks etdirmir",- deyə SOCAR-dan bildiriblər.
"Qazprom"un Azərbaycana qaz tədarük etdiyi müqavilə 2023-cü ilə qədər hesablanıb. Rusiyanın heç bir şərtə, o cümlədən mallar üçün ödəməli olduğunuz valyutaya birtərəfli qaydada yenidən baxmaq hüququ yoxdur.
"Təchizat həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlakının səviyyəsindən asılı olacaq", – nəşr yazır.
Xatırladaq ki, Avropa Komissiyası Putinin qazın pulunu rublla ödəmək tələbindən xəbərdardır və bunun sanksiyalar planını pozacağı qənaətinə gəlib. Belə ki, heç bir Avropa İttifaqı ölkəsi mavi yanacağın pulunu Rusiya valyutası ilə ödəməməlidir.
Qeyd edək ki, Ukrayna Avropa İttifaqına Rusiya nefti və qazının pulunu "İran modeli" ilə ödəməyi təklif edib. Təklifə görə, ödənişlər Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasının qəbul edə biləcəyi hesablara köçürüləcək.
Hazırda Avropa böyük miqyasda Rusiya qazından asılı vəziyyətdədir. Rusiya bu vəziyyətdən istifadə edərək rublun məzənnəsini sabitləşdirmək istəyir və o üzdən də Avropa idxalçılarından tələb edib ki, onlar Rusiya banklarında hesab açsınlar və qazın pulunu rublla ödəsinlər. Bunun üçün onlar Rusiya banklarına dollar ödəyərək rubl almalıdırlar ki, bu da rubla tələbatı artırmalı, nəticədə rubl bahalaşmalıdır. Amma hələlik Macarıstandan başqa heç bir ölkə buna hazır olduğunu bildirməyib. İqtisadçı ekspertlərin fikrincə, hətta bu addım da rublun məzənnəsini uzun müddət saxlaya bilməz. Çünki nəticə etibarı ilə Rusiya eyni həcmdə dollar əldə edəcək. Hazırda bu qərarın psixoloji təsiri altında rublun məzənnəsi yüksəlsə də, Rusiya banklarında rəsmi məzənnə ilə dollar almaq mümkün deyil. Dolları yalnız qara bazardan və 40 faiz baha qiymətə almaq mümkündür.Bizimyol.info

Sosial       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou bugun xeberler cəbhədən yeni xəbərlər ensonxeberler