Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi

Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildiAzərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Konfransda hazırki dövr üçün aktual olan beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib.
DANX-dan Milli.Az-a verilən məlumata görə, tədbirdə daşıyıcı şirkət rəhbərlərinin və sahibkarların iştirakı təmin olunub. Kofransda daşımalar sahəsində mövcud problemlərin müzakirəsinə də yer ayrılıb. Onlayn konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycan Respublikasında pandemiyanın qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində idxal, ixrac və eyni zamanda digər ölkələrə tranzit daşınan məhsulların səmərəli və effektiv çatdırılması üçün avtomobil nəqliyyatı ilə yükdaşımaları sahəsində məhdudiyyətlərin tətbiq edilmədiyini xüsusi vurğulayaraq, ölkəyə giriş-çıxış edən avtonəqliyyat vasitələrinə və onların sürücülərinə münasibətdə xüsusi tələblərin tətbiqindən və tələblərin icra mexanizmindən danışıb.
Daşıyıcılar, öz növbəsində, pandemiya dövründə yerli avtodaşıyıcıların fəaliyyəti zamanı yaranan problemlərin həllində DANX tərəfindən həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirdiklərini səsləndiriblər. Vurğulanıb ki, Türkiyə və Gürcüstanda nəqliyyat vasitələrinin öz ölkələrində qalma müddətləri ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunsa da, həmin ölkələrin müvafiq struktur rəhbərləri ilə aparılan danışıqlar nəticəsində qısa müddət ərzində problem həllini tapıb və Azərbaycana məxsus yerli daşıyıcıların fəaliyyəti bərpa olunub. Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, daxili avtonəqliyyat xidmətləri bazarının kvota sistemi ilə tənzimlənməsinin səmərəliliyinin artırılması, bu sahədə milli daşıyıcıların xüsusi çəkisinin artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi, milli yük avtonəqliyyat parkının yenilənməsi, yeni iş yerlərinin açılması, kvotadan artıq ölkəyə daxil olan xarici yük daşıyıcıları tərəfindən yüklərin daşınmasının qarşısının alınması məqsədilə qanun layihələri hazırlanaraq Hökümətə təqdim edilməsi barədə ətraflı məlumat konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Qeyd edək ki, konfransın sonunda Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib. Artıq bu tərkibdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbər heyəti də təmsil olunacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət kriminal xeberler az meherremlik 2026