"Azərbaycan Dəmir Yolları"nın yeni sədri kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
azxeber.com xəbər verir ki, Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinə ("Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın "İnzibati idarəetmə" fakültəsinin ("İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası) magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.
Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub. 29 noyabr 2007-ci ildə isə "Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri" mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra "Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri" mövzusunda monoqrafiya üzərində çalıb.
R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. "Azərpoçt" MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf krediti haqqında" Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.
2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə "Azərkosmos" ASC-nin sədr müavini təyin edilib. Ailəlidir, 1 övladı var.

Sosial       Tarix: 27 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az maliyye xeberler bugun az xeber bugünkü son xəbərlər