Azərbaycan diplomatlarının aldadılması ilə bağlı - AÇIQLAMA
Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd olunub ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.
"Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər.
Hal-hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır", – məlumatda vurğulanıb./APA

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda