Azərbaycan dünya hərb tarixinə öz imzasını atdı

Azərbaycan dünya hərb tarixinə öz imzasını atdıAzərbaycan dünya hərb tarixinə öz imzasını atdı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək, otuz ilə yaxın davam edən əzəli və əbədi torpaqlarımızı erməni işğalından azad etdi. Azərbaycanın parlaq qələbəsi dövlətimizin regionda söz sahibi olmasını tam açıqlığı ilə nümayiş etdirdi.
Dövlətimizin Dağlıq Qarabağdakı zəfər yürüşü əyani şəkildə sübut etdi ki, ordumuz qələbəni əldə etmək üçün tamamilə yeni bir formada – istər strateji, istərsə də hərbi-texniki baxımdan XXI-ci əsrin müharibəsinin aparılma metodları və vasitələrindən istifadə edib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi unikal hərbi əməliyyatlar uzun illər dünyanın bir çox ölkələrinin elmi və hərbi mərkəzlərində tədqiqat obyekti olacaq. 
İşğalçı Ermənistanın silahlı qüvvələrinin darmadağın edilməsində iki mühüm komponent özünü əyani surətdə büruzə verib. 
Birinci başlıca komponent kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanmış mükəmməl hərbi strategiya qeyd edilməlidir. Buna misal olaraq Hadrutun düşmən tapdağından azad olunmasını nümunə kimi qeyd etmək olar. Öncədən Hadrutu əhatə edən ətraf dağlar ordumuzun bölmələri tərəfindən ələ keçirildi, sonra Hadrutun ətrafında yerləşən yüksəkliklər alındı və bunun məntiqi nəticəsi olaraq Hadrut qəsəbəsi işğaldan azad edildi. Ümumiyyətlə qəsəbənin alınması müstəsna əhəmiyyət kəsb edirdi, çünki Hadrutdan sonra növbəti hədəf - Füzuli şəhərinin işğaldan azad edilməsi idi və bu hadisə oktyabrın 17-də baş verdi. Bu zəfərin davamı olaraq dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatı keçirildi və şəhər düşməndən tamamilə təmizləndi. Əlbəttə ki, burada yüksək döyüş hazırlıqlı, peşəkar hərbi kadrların olması, əsgər və zabitlərimizin qəhrəmanlığı və şücaəti əsas rol oynadı. 
Şübhəsiz ki, qələbəmizi şərtləndirən ən vacib amillərdən birini də müqəddəs niyyət - torpaqlarımızın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası təşkil edirdi.   
İkinci mühüm komponent - yeni nəsil hərbi əməliyyatlara xas olan avtonom silah sistemlərindən geniş formada istifadə edilməsi, özündə süni intellekt elementlərini ehtiva edən komplekslərin tətbiqi qeyd oluna bilər. 
Yeni silah sistemləri yüksək səmərəliliyi ilə fərqlənərək, eyni zamanda lüzumsuz itkilərin qarşısını aldı. Digər tərəfdən pilotsuz uçuş aparatlarının, hədəfi avtonom seçən və məhv edən sursatların və digər ən müasir hərbi texnikanın tətbiqi yalnız legitim hərbi hədəflərə zərbə endirilməsi üçün istifadə olunub.     
Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları və yeni müasir texnikanın tətbiqi birmənalı olaraq beynəlxalq humanitar hüquq normaları və prinsipləri çərçivəsində həyata keçirilib. Dövlətimiz 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasına 21 aprel 1993-cü ildə qoşularaq hər sahədə olduğu kimi, döyüş meydanında da beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirib. 
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru /oxu.az

Siyasi       Tarix: 19 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası" verilişində "Televizor

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün cəbhədən yeni xəbərlər sosial yardim valyuta mezennesi banklar