Azərbaycan dünyada yeganə DÖVLƏT OLDU - ƏTRAFLI

Azərbaycan dünyada yeganə DÖVLƏT OLDU - ƏTRAFLI"Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində dövlət bayrağımızı qaldırdı. Bununla da Azərbaycan rəsmi olaraq öz ərazilərində suveren hüquqlarını bərpa etdi".
Bunu KONKRET.az-a politoloq Tural Əliyev deyib:
Azərbaycan dünyada yeganə DÖVLƏT OLDU - ƏTRAFLI"Bu günü Azərbaycan xalqı səbirlə gözləyirdi. 2020-ci ildə Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Şuşa qələbənin simvoludursa, Xankəndidə bayrağımızın dalğalanmasş Azərbaycan Respublikasının suverenliyinin bərqərar olunmasının rəmzi oldu. Bu gün Azərbaycan tarixində parlaq səhifə açır. Bundan sonra Azərbaycan Respublikasının müstəqillik tarixində yeni era, yeni bir səhifə açılır.
Bu qələbəyə gedən yolda Azərbaycan çoxlu qurbanlar verdi və öz ali istəyinə çatdı. Bundan sonra heç bir qüvvə bizim əzmimizi qıra bilməyəcək. Sentyabr ayının 19-da antiterror əməliyyatları isə hərb tariximizə qızıl hərflərlə yazılacaq bir əməliyyat oldu. Çünki heç bir mülki infrastruktura ziyan dəymədi, bir nəfər mülki vətəndaşın burnu qanamadı və 24 saat ərzində xunta rejiminin varlığına son qoyuldu.
Azərbaycan keçmiş SSRİ məkanında separatizmin kökünü kəsən yeganə ölkə kimi də tarixə düşdü. Dünyada onlarla separatçı nöqtələr var ki, hələ də qarşısı alınmayıb. Amma bununla bitdi deyib arxayınlaşmaq da olmaz. Nəzərə almalıyıq ki, hələ də bunu həzm edə bilməyən qüvvələr var. Həmin qüvvələr Azərbaycana qarşı siyasi təzyiqlərini işə salıblar. Bu da bizə əlavə stimul verəcək və bizi daha gücləndirəcək".
Daha sonra Qarabağdakı ermənilərin azərbaycanlılarla birgə yaşamaq perspektivinə toxunan politoloq bildirib ki, bunun üçün Azərbaycan erməni əhalisinə təhlükəsizlik təminatı verib: "Azərbaycan son əməliyyatlardan əvvəl Qarabağın erməni əhalisinin vətəndaşlığı ilə bağlı bir proqram dərc etdi. Bu proqrama erməni əhalisinin hüquqlarını qoruya biləcək bəndlər salındı. Orada Azərbaycan vətəndaşlarına verilən bütün hüquqlar öz əksini tapdı. İndi də Qarabağı tərk edən ermənilər qayıdıb orada rahat şəkildə yaşaya bilərlər. Ermənistana gedən əhalinin çox hissəsinin qayıtması ehtimal edilmir. Amma qayıdacaqları təqdirdə onların hüquqları qorunacaq və təhlükəsizliyi təmin olunacaq. Ermənistan dövləti əgər öz xəyallarından əl çəkməsə, daha da böyük itkilərlə üzləşə bilər. Çünki qarşılarında güclü Azərbaycan dayanıb. Dövlətimizin əzmini heç bir qüvvə qıra bilməz".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber