Azərbaycan - Fransa Ticarət və Sənaye Palatasından xalqa təbrik
Azərbaycan - Fransa Ticarət və Sənaye Palatasından xalqa təbrik
Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edir.
Bu barədə Azərbaycan - Fransa Ticarət və Sənayə Palatasının yaydığı məlumatda qeyd olunub.
Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası Azərbaycan xalqını Dağlıq Qarabağ müharibəsinin bitməsi və nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edir.
Uzun illər vətənindən ayrı düşmüş məcburi köçkünlərin yaxın zamanda öz evlərinə qayıda bilməsi çox sevindiricidir. Palata hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycan xalqının haqlı mübarizəsinin yanında olub (CCIAF-in 7 oktyabr tarixli bəyanatı).
Azərbaycan xalqına layiqli qələbə qazandıran hərbi qulluqçularımıza göstərdikləri şücaətə görə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin və mülki vətəndaşların ailələrinə baş sağlığı verir. Həmçinin, üzv şirkətlərimizdə çalışmış şəhidləri hörmətlə anır, kollektivlərinə və ailələrinə baş sağlığı veririk.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır.
Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."