Azərbaycan Fransanın hansı sirlərini ələ keçirib? – Politoloq detalları AÇIQLADI

Azərbaycan Fransanın hansı sirlərini ələ keçirib? – Politoloq detalları AÇIQLADI</p> 
 <p>Fransa Azərbaycanın iki diplomatını "persona-non-qrata" elan edib. Rəsmi Paris bu qərarı Azərbaycanın iki fransalı diplomata qarşı eyni addımı atması ilə əlaqələndirib. Məsələnin əsas mahiyyəti isə ondan ibarətdir ki, adətən, münaqişəyə qədəm qoyan tərəflər ilkin olaraq diplomatları "arzuolunmaz şəxs" elan edir və bundan sonra münasibətlərdəki soyuqluq daha aktiv fazaya qədəm qoyur.
Belə olan halda, Fransa-Azərbaycan münasibətlərində hansısa gərginlik yaşana bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov cavablandırıb:
– Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Fransanın agentura şəbəkəsinin ifşa edilməsi, o cümlədən, Ukrayna, Gürcüstan və s. ölkələrdə fəaliyyət göstərən bir sıra agentlərin həbs olunması göstərdi ki, onların "persona-non-qrata" hesab olunan şəxslərlə işbirliyi var. Diplomatların fəaliyyət göstərdikləri ölkələrdə toxunulmazlığı nəzərə alınsa, onların "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə "persona-non-qrata" elan edilməsi tamamilə əsaslıdır.
Sözsüz ki, Fransa Azərbaycanın əldə etdiyi məlumatlara görə ciddi narahatdır. Çünki ələ keçirilən məlumatların məxfilik dərəcəsi hələ ki məlum deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları Fransanın xüsusi xidmət orqanlarının şəbəkəsini çökdürüb və bu, Fransanın bu strukturunun məğlubiyyəti ilə yanaşı, Azərbaycanın müvafiq orqanının qələbəsidir. Təsadüfi deyil ki, Qərb mediası Makronun Fransa Xarici Təhlükəsizlik İdarəsinin rəisi Bernar Emiyeni vəzifəsindən azad etməsini məhz bu amillə bağlayır. Bunun ardınca da biz Fransanın iki əməkdaşımızı "persona-non-qrata" elan etməsini gördük. Əslində bu, cavab tədbiri olsa da, Fransanın acizliyinin göstəricisidir. Çünki Azərbaycanın Fransa səfirliyinin əməkdaşları ilə bağlı qərarı konkret faktlara əsaslanır.
Fransa isə bu addımı ilə növbəti dəfə ölkəmizə qarşı qərəzini nümayiş etdirdi. Çünki Fransanın əlində Azərbaycan diplomatlarına qarşı hansısa fakt olsaydı, bunu çoxdan bəyan edər, heç bir halda əlinə düşən fürsətdən yayınmazdı.
– Rəsmi Paris Bakıya qarşı bilavasitə mübarizədə fiaskoya uğradığı üçün kənar müdaxilələrdən də istifadə edəcəkmi?
– Yəqin ki, Fransa bundan sonra beynəlxalq təşkilatlarda Azərbaycana qarşı həqiqəti əks etdirməyən mövqe sərgiləyəmə davam edəcək. Azərbaycanla bağlı müvafiq qətnamələrin qəbulu üçün səylərini artıracaq. Onsuz da Fransa bu fəaliyyətini daima həyata keçirib. Təkcə son ildə 3 dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı qətnamənin qəbuluna çalışıb, amma heç bir qərar qəbul etdirə bilməyib. Bunun ardınca da Avropa Şurasında bənzər qətnaməyə Macarıstan tərəfindən veto qoyulması deməyə əsas verir ki, Fransanın bu tip mövqeyi yenə də bloklanacaq. Sadəcə məsələ burasındadır ki, dünyada Fransanın dostları da az deyil. Onun verəcəyi qərarları və atacağı addımları dəstəkləyəcək ölkələr də mövcuddur. Eyni zamanda, Fransanın Avropa İttifaqında hakim mövqedə olmasını nəzərə alsaq, deyə bilərik ki, Parisin təşkilatda siyasətini dəstəkləyən ölkələr də var ki, onlar Azərbaycan əleyhinə çıxış edə bilərlər. Hətta ayrı-ayrı məsələlərdən istifadə edərək, Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilərlər. Bu mənada biz bunlara hazır olmalıyıq. Beynəlxalq təşkilatlarda qərarların qəbuluna imkan verməmək öz yerində, ayrı-ayrı ölkələrlə bağlı müvafiq addımların atılmasına da ehtiyac var. Təbii ki, maraqlar olan yerdə təzyiq həmişə olacaq.
– Bu gün Fransa yaxşı başa düşür ki, regionun lider dövləti Azərbaycanın istəyi olmadan Cənubi Qafqazda təmsil olunması mümkün deyil. Fransanın həm də bu istəyinə nail olmaq üçün təzyiqləri artırdığını düşünmək olarmı?
– Azərbaycan dəfələrlə bu və digər şəkildə təzyiqlərə boyun əyməcəyini nümayiş etdirib. Təbii ki, Fransanın atacağı addımlar Azərbaycan tərəfindən cavabsız qalmayacaq. Oxşar sanksiyalar və yaxud Azərbaycan şirkətlərinə qarşı atılacaq hər hansı addıma cavab kimi Azərbaycan da eyni addımı atacaq.
– Bu gərginlik, diplomatların "persona-non-qrata" elan edilməsi səfirliklərin fəaliyyətlərinə xitam vermək və ya bütün əlaqələrin qopmasına qədər gedib çıxa bilərmi?
– Təbii ki, növbəti mərhələdə səfirlərin qarşılıqlı şəkildə geri çağırılması da gözləniləndir. Bundan da itirən təkcə biz olmayacağıq, Fransa da öz zərərini görəcək. Təkrar edirəm, Azərbaycanın əlində kifayət qədər fakt var və Fransa o faktların ictimaiyyətə geniş təqdim olunmasından çox narahatdır. Ona görə də bu cür addım atmaqla Azərbaycanın ifşa sənədlərini açıb-tökməməsi üçün təzyiqlər göstərməyə çalışır. Amma yenə təkrar edirəm ki, nəticədə uduzan təkcə biz olmayacağıq.
– Maraqlıdır ki, Makron hakimiyyətinə qədər Fransa ilə Azərbaycan arasında bu dərəcədə gərginlik olmamışdı. Yeni Fransa hakimiyyətində Bakıya qarşı dəyişiklik ola bilərmi, yoxsa münasibətlər yenə də belə davam edəcək?
– Fransanın indiyə qədər də Cənubi Qafqazda öz maraqları var idi. 30 illik danışıqlar müddətində Fransa daim münaqişənin dondurulmuş halda qalmasında maraq güdürdü. Bundan əlavə, Azərbaycan əleyhinə fəaliyyətləri də olub və biz bu günə qədər Makrondan əvvəlki prezidentlərin BMT-nin Ermənistan əleyhinə qəbul etdiyi qətnamələrin icrası yolunda bir addımını görməmişik. Sadəcə Makron sələflərindən fərqli olaraq bir qədər də irəli getdi. Onun ermənilərdən çox erməni olmaq istəyi münasibətləri daha da kəskinləşdirdi.
– Azərbaycan bu təzyiqlər və təhdidlər qarşısında nə etməlidir?
– Azərbaycanın bu təzyiq və təhdidlər qarşısında edəcəyi ən vacib məsələ, ilk olaraq, beynəlxalq müstəvidə müttəfiqlərlə işini daha da gücləndirməsidir. Agentura şəbəkəsinin ifşa olunması ilə məlum oldu ki, onların fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, digər dövlətlərə qədər gedib çıxır. Həmin ölkələrlərlə də koordinasiyaların təmin olunmasına və əldə edilən müvafiq sənədlərin mübadiləsinə ehtiyac var. Yəni Fransaya qarşı birgə addımların atılması mütləq şəkildə təmin edilməlidir.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 30 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbayan Silahlı Qüvvələrini təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönüm

CHP-dən kütləvi istefa iddiasına cavab gəldi

CHP-nin keçmiş sədri Özgür Özəl partiyadan 86 millət vəkili və 74 vilayət sədrinin Anadolu Birliyi Partiyasına keçəcəyi barədə yayılan iddiaları təkzib edib. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, bu məlumatlar həqiqət

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti il

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.  paylaşımı təqdim edir:

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

Araz dəhlizi nə vaxt açılacaq? - "2 il yarım qalıb"

Prezident İlham Əliyev və  İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib. "Yəqin ki, ümum

Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. "Venesuela hökuməti Azərbayca

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az son xəbərlər ən son xeberler bugunun xeberleri