Azərbaycan həqiqətləri bu dəfə Antalyadan səsləndi - İlham Əliyev tədbirin ən vacib qonağı oldu

Azərbaycan həqiqətləri bu dəfə Antalyadan səsləndi - İlham Əliyev tədbirin ən vacib qonağı oldu"Təsadüfi deyil ki, Azərbaycanın müharibədə qalib gəlməsindən sonra bütün türk dövlətləri və dünyanın ən inkişaf etmiş aparıcı dövlətləri  bizim səfimizdə yer tutdular."
Bu fikirləri "News Baku" Media və Kommunikasiya Mərkəzinin direktoru, siyasi şərhçi Toğrul Allahverdiyev bildirib. 
azxeber.com xəbər verir ki, Türkiyənin Ankara şəhərində IV Antalya Diplomatiya Forumu keçirilib. Siyasi şərhçi T. Allahverdiyev forumu şərh edib:
"Aprelin 11-də Türkiyənin Antalya şəhərində "Antalya Diplomatiya Forumu"nun açılış mərasimi keçirilib.
20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. 
Bu tədbir Azərbaycan üçün çox əhəmiyyətli tədbirdir. Ölkə rəhbərimizin bir daha dünyaya Azərbaycanın mesajlarını çatdırması üçün münbit şərait yaradılıb. Həmçinin qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanla da səmimi görüş baş tutub. İki qardaş ölkənin birlik və bərabərliyinin bir daha dünyaya nümayiş edilməsi düşünürəm ki, Ermənistana bir daha gözdağı olmalı, şərti sərhədimizdə terrorçuluq fəaliyyəti göstərməkdən əl çəkməlidir."
Şərhçi qeyd edib ki, Azərbaycan 5 il öncə terrorçu dövlət Ermənistana dəmir yumruq göstərməklə dünyaya əsl müharibə örnəyi göstərmişdir:
"Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 5 il öncə sıx birləşərək yumruq oldu, Ermənistana layiq olduğu yeri göstərdi. Təsadüfi deyil ki, bütün türk dəvlətləri və dünyanın ən inkişaf etmiş aparıcı dövlətləri bu savaşda bizim səfimizdə yer tutdular. Məhz buna görə dünyanın vacib bütün tədbirlərində İlham Əliyev ən önəmli qonaq olaraq xüsusi diqqətə layiq görülür."
T. Allahverdiyev tədbirin formatı haqqında qeydlər edərək bildirib:
"Qeyd edim ki, Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq. Azərbaycanın dövlət başçısının da yaxından iştirak edəcəyi bu tədbirlərdə bir çox qlobal problemlər müzakirə ediləcək və cəmiyyətimiz üçün faydalı nəticələrə səbəb olacaqdır."
T. Allahverdiyev sonfa qeyd edib ki, Suriyanın keçici hökümət başçısı Əhməd Əl Şaraa tədbir zamanı Azərbaycana dəvət edilib:
"Sonda önəmli məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycana səfərə dəvət olunub. Görüləcək işlər hələ çoxdur..."

Siyasi       Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler bugun son xeber az zelzele xankendi