Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi nə vaxt bağlanacaq? - Deputatdan açıqlama

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi nə vaxt bağlanacaq? - Deputatdan açıqlamaAzərbaycanın Qarabağda əldə etdiyi qələbə yalnız hərbi zəfər deyil, həm də xalqımızın iradəsinin, birliyinin və əzminin möhtəşəm təcəssümüdür. İkinci Dünya Müharibəsindən sonra dünya tarixində nadir hallarda rast gəlinən bu tam və mütləq zəfər, ölkəmizin lideri, xalqı və ordusunun bir yumruq kimi həmrəyliyinin nəticəsi olaraq əldə olunub. Bu Zəfər dövlətin gücü ilə xalqın inamının bir nöqtədə – "Dəmir Yumruq" ətrafında birləşməsinin nəticəsidir.
Qarabağ qələbəsi xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazıldı, birgə iradəmizin, milli həmrəyliyimizin və dövlətimizin gücünün simvoluna çevrildi. 
Bu gün ətraf regionlarda müharibə səsləri eşidilsə də, Azərbaycan torpaqlarında dinclik və sabitlik hökm sürür. İnsanlarımız öz ata yurdlarına qayıdır, Qarabağ yenidən canlanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Bu, yalnız qələbənin deyil, həm də həyatın və ümidin qələbəsidir.  
Azərbaycan bu mübarizəni təkcə döyüş meydanında deyil, həm də masa arxasında, beynəlxalq arenada böyük ustalıqla apardı. Xüsusilə sülh prosesində atılan addımlar və əldə olunan razılaşmalar (məsələn, beynəlxalq səviyyəli diplomatik görüşlər və Vaşinqton sülh gündəliyi) göstərir ki, qazandığımız hərbi uğur artıq siyasi sənədlərlə də möhkəmlənir. Bu, bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün atılan ən vacib addımlardır. 
Milli Məclisinin deputatı Naqif Həmzəyev azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycan bütün imkanlarını sülhün təmin olunmasına yönəldib:
"Azərbaycan 44 günlük Vətən müharibəsində şərəfli və ləyaqətli, həmçinin ədalətli şəkildə zəfər qazandıqdan sonra əldə etdiyi güc və imkanları sülhün təmin olunmasına yönəltdi. İlham Əliyev Regionumuzda uzunmüddətli,  dayanıqlı sülhün yaradılması üçün mümkün alətləri işə saldı. Təəssüf ki, həmin dövrdə Ermənistan siyasi rəhbərliyi bu yanaşmanı düzgün qiymətləndirmədi, verdiyi sözləri yerinə yetirmədi və götürdüyü öhdəlikləri icra etmədi. Nəticədə dəfələrlə təxribatlara meyilləndi. Azərbaycan Silahlı Qüvvələri isə Ermənistan tərəfindən bütün təxribatların qarşısını uğurla aldı. Həmin dövrdə həyata keçirilən uğurlu hərbi əməliyyatlar bütün strateji yüksəkliklərin ələ keçirilməsinə səbəb oldu. Eyni zamanda Ermənistan tərəfini Azərbaycanla sülh gündəliyinə sadiq qalmağa məcbur etdi. Bütün bunlara baxmayaraq, 2023-cü ildə Azərbaycan bir günlük antiterror əməliyyatları keçirmək məcburiyyətində qaldı, çünki 10 mindən çox Ermənistan Silahlı Qüvvələrinin əsgərləri hələ də Azərbaycan ərazisində idi. Separatçılar isə təslim olmaq istəmirdilər. Nəticədə bir günlük antiterror əməliyyatları uğurla yekunlaşdı və Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün Qarabağ və Şərqi Zəngəzur torpaqlarında dalğalanmağa başladı".
Deputat deyib ki, Azərbaycanın 44 günlük zəfəri və 2023-cü il antiterror əməliyyatları nəticəsində suverenliyi tam təmin edildi:
 "Azərbaycanın 44 günlük zəfəri və 2023-cü il antiterror əməliyyatları nəticəsində suverenliyi tam təmin edildi və bu artıq dünya tərəfindən qəbul olunmağa başladı. Xüsusilə Ermənistan Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədi və bu barədə dəfələrlə açıqlamalar verdi. 2024-cü ildə delimitasiya və demarkasiya sahəsində atılan uğurlu addımlar, Qazax kəndlərinin geri qaytarılması həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın zəfəri kimi qiymətləndirilməlidir. 2025-ci ildə Vaşinqton razılaşmaları və orada imzalanmış birgə bəyanat, eyni zamanda sülh müqaviləsinin paraflanması göstərir ki, əgər Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirsə, 2026-cı il region üçün sülh ili ola bilər".
Parlamentari vurğulayıb ki, Zəngəzur məsələsi artıq layihə mərhələsində deyil, reallaşma potensialı yüksək olan işdir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunan güc sülhə yönəldi və biz əminliklə sülh gündəliyindən, Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılmasından, xüsusilə də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən danışa bilirik. Bu artıq layihə mərhələsində deyil, reallaşma potensialı yüksək olan işlərdir. Region dövlətləri də əvvəlcə fərqli yanaşmalar nümayiş etdirsələr də, artıq Azərbaycanın mövqeyini dəstəkləyirlər. Biz inanırıq ki, 2026-cı il region üçün sülh ili olacaq və Ermənistan-Azərbaycan arasında sülh anlaşması imzalanacaq. Bu, yalnız sənəd üzərində qalan sülh olmayacaq, yaxın gələcəkdə münasibətlərin inkişafına da təkan verəcək".
"Hazırda iqtisadi əlaqələrin qurulması üçün müəyyən addımlar atılır. Əgər Ermənistan tərəfi səmimi addımlar atsa və real işlər görsə, bu münasibətlərdə müsbət irəliləyişlər müşahidə olunacaq. Artıq region dövlətləri sülh içərisində yaşamağa alışmalı və sülhün alternativinin olmadığına inanmalıdırlar",-deputat bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı