Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğururAzərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür.
Ölkəmizin strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti Azərbaycanı qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib.
Prezident cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə də aydın təsəvvür yaradıb.
Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan Prezidenti iki ölkənin möhkəm təmələ əsaslanan münasibətlərini "Biz dost ölkələrik, strateji tərəfdaşıq" fikirləri ilə ifadə etdi. Qarşılıqlı səfərlərin dinamikliyi, iki ölkənin liderlərinin dostluq münasibətləri diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, Macarıstana 6-cı səfəridir. Orban isə Azərbaycana 7 dəfə səfər edib. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.
"Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub". Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında deyib.
Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri kimi  Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi ön sırada gəlir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın qitə ilə əlaqələrinin inkişafında strateji körpü rolunu oynayan ən etibarlı tərəfdaşıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın yeni üfiqlərini açır. Buna iki dost ölkə liderinin qarşılıqlı səfərlərində intensivləşən şəxsi təmasları da dəlalət edir. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri  iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: "İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib".
Nəticə etibarilə, Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir. Bu proses, həmçinin bölgələrarası əlaqələrin güclənməsinə və beynəlxalq iqtisadi sistemdə daha böyük mövqe tutmalarına şərait yaradacaq.
Kəmalə Abbasova, tarix müəllimi / azxeber.com

Siyasi       Tarix: 25 may 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri oxu.az xeberler sonxabar az son xeberler bugun 2026 azerbaycan