Azərbaycan illər sonra bu müsabiqəyə qayıdır
Azərbaycan bir neçə illik fasilədən sonra "Uşaq Avroviziyası" mahnı müsabiqəsinə qayıdır.
azxeber.com xəbər verir ki, bu haqda müsabiqənin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.
Bildirilir ki, artıq təmsilçi seçimlərinə start verilib. Yarışmada 9–14 yaş qrupundan olan uşaqlar iştirak edə biləcəklər.
Seçim mərhələsində Azərbaycan və xarici dildə olmaqla iki fərqli mahnı video formatda təqdim edilməlidir. İlkin mərhələdə təqdim olunan videolar arasından ən parlaq ifaçılar seçiləcək. Daha sonra 6 peşəkar münsif onların səhnə mədəniyyəti, səs imkanları və xarizmasını qiymətləndirəcək.
Və yalnız bir nəfər Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanacaq.
Qeyd edək ki, sayca 23-cü "Uşaq Avroviziya"sı 13 dekabrda Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq.
Xatırladaq ki, ölkəmizi bu yarışmada sonuncu dəfə 2021-ci ildə Sona Əzizova "One of those days" mahnısı ilə təmsil edib. O, 151 xalla beşinci yeri tutub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA