Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir - FOTO

Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir - FOTOAzərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir - FOTO
Fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ölkələrimiz arasında sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini diqqətə çatdıraraq, bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra dəfələrlə verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.
Çıxışında bir sıra mühüm məqamlara toxunan komitə sədri pandemiya şəraitində də ölkələrimizin bir-birini dəstəklədiklərini qeyd edib. Bildirib ki, hazırda bölgədə yeni reallıq formalaşıb və həmin reallıq parlamentlərimiz arasındakı əlaqələrin genişlənməsinə imkan yaradacaq. Səməd Seyidov deyib ki, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamenti İranla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək niyyətindədir.
Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri İran parlamentinin rəhbərliyi və bütün deputatlar, İran xalqı adından Azərbaycan xalqına böyük Zəfər münasibətilə təbriklərini çatdırıb. Beynəlxalq miqyasda İrana qarşı məsələlərdə Azərbaycanın İrana verdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edib.
Müctəba Zünnuri ölkəmizlə hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib. Ölkələrimiz arasında inşa olunan nəqliyyat dəhlizlərindən və s. danışıb. Qeyd edib ki, coğrafi mövqeyinə görə Azərbaycan Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu iki qütbü birləşdirə bilər.
Çıxışlarda Azərbaycan-İran münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov Azərbaycanın yenicə dövlət müstəqilliyini qazandığı XX əsrin 90-cı illərində ölkələrimiz arasında dostluq və qardaşlığın təzahürü olan hadisələri yada salıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Elman Nəsirov və Sahib Alıyev əməkdaşlığımızın dünəni və sabahı barədə fikirlərini bölüşüblər.
Sonra İran İslam Şura Məclisinin üzvləri Mahmud Abbaszadə və Əli Əlizadə dostluq və əməkdaşlığa yönəlik xoş sözlərini və təkliflərini çatdırıblar.
Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir - FOTO

Siyasi       Tarix: 16 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı