Azərbaycan İranla uçuşları bərpa edir
Azərbaycan İranla uçuşları bərpa edir
Azərbaycanın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.
Bu barədə "Buta Airways" aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.
Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
İrana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə İran ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib:
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib:
Azərbaycan vətəndaşları İrandan Vətənə uçuş zamanı COVID-19-a dair PCR-testindən keçməlidirlər.
İran vətəndaşları Azərbaycan ərazisinə giriş zamanı COVID-19-a qarşı peyvəndlənmənin tam kursunu təsdiq edən etibarlı sənəd təqdim etməli, həmçinin koronavirus infeksiyasına dair PCR-testindən keçməlidirlər.
İrandan səfər edən sərnişinlərə PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır. /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?