Azərbaycan komandası Amerikada keçirilən yarışda yüksək nəticə əldə etdi - FOTOLAR
Amerika Birləşmiş Ştatlarında keçirilən "VEX Robotics World Championship 2022" yarışmasında ölkəmizi təmsil edən komanda böyük uğura imza atıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən böyük robototexnika yarışması kimi düşən "VEX Robotics World Championship 2022"də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun "Energy Team" kubokunu qazanıb.
Ölkəmizi yarışda təmsil edən komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq finala qatılıb və VI yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışlarda 50-yə yaxın ölkədən 4 min 800 komanda, 15 minə yaxın şagird iştirak edib. Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə robototexnika üzrə dünya çempionatında ilk dəfə təmsil olunub.








Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı