Azərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLAR

Azərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARQanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.
azxeber.com xəbər verir ki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Həmçinin, İttifaqın təşkilatçılığı, Azərbaycan Könüllülərinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar həqiqətləri" mövzusunda görüş keçirilib. Görüşdə rejissor, ssenarist və yazıçı Vahid Mustafayev qonaq qismində iştirak edib. Görüş zamanı 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, xalqımızın mübarizə əzmi və milli yaddaşda tutduğu əvəzsiz yer barədə ətraflı fikir mübadiləsi aparılıb. V.Mustafayev öz yaradıcılıq təcrübəsindən nümunələr təqdim edərək, 20 Yanvar həqiqətlərinin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Əməkdar jurnalist, yazıçı-publisist Rafiq Səməndər və 20 Yanvar hadisələrinin canlı şahidi olan Nazim Ələkbərov ilə "20 Yanvar şahidlərin gözü ilə" mövzusunda görüş keçirilib. Görüş zamanı həmin faciəli gecənin real mənzərəsi birbaşa şahidlərin xatirələri əsasında könüllü gənclərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tanklarından biri Nazim Ələkbərovun avtomobilinin üzərindən keçib və o, 20 Yanvar faciəsinin dəhşətlərini birbaşa yaşayan canlı şahidlərdən biri olub. Rafiq Səməndər isə 20 Yanvar hadisələrindən sonra şəhid ailələrini bir-bir ziyarət etdiyini, yaşanan ağrı və dəhşətləri qələmə aldığını və bu şahidlik əsasında "Şəhidlər" adlı kitabın ərsəyə gəldiyini bildirib. Vurğulanıb ki, bu cür görüşlər və yaradılan əsərlər 20 Yanvar həqiqətlərinin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi deyil, eyni zamanda fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, lakin bunun müqabilində əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə, cəsurluq və milli ruhun sarsılmazlığını nümayiş etdirdi. Bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı bir millət olaraq haqq-ədaləti bərqərar etməyə, öz ləyaqətini və şərəfini qorumağa qadirdir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı və məhz buna görə də əbədi oldu.
Bu gün həmin tarixi irs müasir Azərbaycan gəncliyi üçün böyük mənəvi dayaq və məsuliyyətdir. 20 Yanvar şəhidləri gənclərə vətəni sevməyin, azadlığın və müstəqilliyin hansı bədəllər bahasına qazanıldığını xatırladır, onları milli dəyərlərə sədaqət, vətənpərvərlik və fəal vətəndaş mövqeyi ruhunda yetişdirir. Gənclər bu şanlı və ağrılı tarixi yaddaşdan güc alaraq, Azərbaycanın bu gününü və gələcəyini qurmaq missiyasını layiqincə davam etdirirlər.
Azərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARAzərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARAzərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARAzərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARAzərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLARAzərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLAR

Sosial       Tarix: 20 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli enson xeberler dunya xeberleri sonxeber az