Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb - FOTO
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb - FOTO
Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar cinayətkarların cəzalandırılması və soyqırım qurbanlarının səsinin dünyaya çatdırılması məqsədilə "Raise your voice!" (Səsini yüksəlt!) kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində gənclərimiz ağızlarını simvolik olaraq lentlə bağlayaraq, Ermənistanın xalqımıza qarşı törətdiyi amansız soyqırıma səssiz qalan dünyaya öz etiraz ismarıclarını çatdırıb, üzərində "Mən Azərbaycandanam. Xocalıya Ədalət tələb edirəm. Xocalı soyqırımının 613 qurbanı üçün susma!" yazısının əks olunduğu fotoları sosial şəbəkələr və mediada paylaşıblar.
Kampaniya dünyanın müxtəlif ölkələrində böyük dəstək qazanıb və çox keçmədən dünya ictimaiyyəti gənclərin etirazına qoşulub. Kampaniya çərçivəsində xarici ölkələrin vətəndaşları "I demand #JusticeForKhojaly! Don"t be silent for the 613 victims of the Khojaly Genocide!" (Xocalıya Ədalət tələb edirəm! Xocalı soyqırımının 613 qurbanı üçün susma!) kimi yazılar əks olunan fotolarını sosial şəbəkələrdə paylaşaraq, Azərbaycanın haqlı mövqeyinin və faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında ölkəmizə dəstək nümayiş etdiriblər.














Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib
Yulian Naqelsmann Almaniya millisindən getdi
"Kəpəz"ə yeni rəhbər seçildi
Ərdoğan Meloni ilə danışdı