Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTO

Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTOAzərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTO
Bu gün ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan könüllülərinin ordumuza dəstək istiqamətində fəaliyyətləri ilə bağlı təkliflər müzakirə edilərək, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Orucovanın, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun və cəbhə bölgəsində yaşayan könüllülərin video müraciətləri dinlənilib.
Görüşdə Azərbaycan Könüllüləri adından Bəyanat qəbul edilib. Bəyanatda bildirilir:
"Azərbaycanda fəaliyyətdə olan on minlərlə könüllünü birləşdirən könüllü təşkilatları dövlətimiz, ordumuz və Ali Baş Komandanımızla həmrəylik ifadə edir, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində başladığı hərbi təxribata cavab olaraq, əhalimizin təhlükəsizliyinin təmin olunması və işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən əks-hücumu dəstəkləyir. İnanırıq ki, cənab Prezident İlham Əliyevin polad iradəsi, əsgərlərimizin mübariz ruhu və zabit-gizir heyətinin yüksək peşəkarlığı ilə torpaqlarımız erməni qəsbkarlarından təmizlənəcək, 30 ilə yaxındır ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq soydaşımız evlərinə qayıdacaq. 
Biz könüllülər son illərdə ölkəmizdə təşkil edilən iri miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında, təbiətimiz və mədəni-tarixi abidələrimizin qorunmasında, qan ehtiyatlarının tədarük olunmasında, çətin günlərdə – COVID-19 pandemiyası zamanı ahıl, ehtiyacı olan vətəndaşlarımıza qayğı göstərilməsində və ictimai maarifləndirmədə, müharibə şəraitində ordumuza və evləri dağıdılmış vətəndaşlarımıza humanitar yardım toplanılmasında hər zaman ön cərgədə, ön cəbhədə olduq və hazırda da bu şərəfli işi sidq ürəklə davam etdiririk.
Ən əsası, Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yazıldıq, bir çoxlarımız cəbhəyə düşmənə layiq olduğu cavabı verməyə yollandıq. Cənab Prezidentin bu ili könüllülük ili elan etməsi ilə bərabər, könüllü təşkilatlarının nümayəndələrinin könüllü kimi ön cəbhəyə yollanması, könüllülük təntənəsinin baris nümunəsi sayıla bilər. Bu gün cəmiyyətdə, xüsusilə də gənclər arasında hökm sürən misli görünməmiş ruh yüksəkliyi, cəbhədən gələn qələbə xəbərləri, dövlət başçımızın beynəlxalq tribunalarda çıxışları gözlədiyimiz zəfər gününün yaxın olduğunun göstəricisidir. Azərbaycan Könüllüləri olaraq:
● Könüllü fəaliyyətimizin zirvəsi kimi Cənab Ali Baş Komandanın əmri ilə hər an Vətən uğrunda hərbi xidmətə hazır olduğumuzu bəyan edirik.
● Arxa cəbhədə hərbi qulluqçularımıza dəstək olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bütün vətəndaşları müasir informasiya platformaları üzərindən fəal iştiraka səsləyirik.
● Döyüş bölgəsində olan hər bir Azərbaycan əsgərinin həyatı üçün hər kəsi sosial mediadan düzgün istifadə etməyə, rəsmi mənbəyi olmayan və hərbi sirri özündə əks etdirən məlumatlar paylaşmamağa, düşmən tərəfindən yaradılmış saxta profillərlə yayılan yalan məlumatlara qarşı ayıq-sayıq olmağa çağırırıq.
● Artıq 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətinə son qoyulması yönündə ciddi tədbirlərin görülməsi üçün dünya gəncliyini və könüllülərini birgə fəaliyyətə dəvət edirik!
Beynəlxalq ictimaiyyət bilməlidir ki, hazırkı əks-hücumlarla Azərbaycan öz torpaqlarını işğalçı ölkədən azad etmək istəyir, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və ölkəmizin heç kimin torpağında gözü (və ya iddiası) yoxdur. Biz tarixi ədalətin bərqərar olacağına, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mübarizəsinin zəfərlə başa çatacağına əminik! Allah Ordumuzu qorusun! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"
Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTOAzərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTOAzərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTOAzərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTO

Siyasi       Tarix: 02 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az