Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
Kosta Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib.
azxeber.com Azərbaycanın Kosta Rikadakı səfirliyinə istinadən xəbər verir ki, yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.
Kosta Rikanın Milli Stadionunda keçirilən mərasimdə ali və yüksək səviyyəli xarici nümayəndə heyətləri ilə yanaşı çoxsaylı yerli sakinlər də iştirak ediblər. Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.
Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kosta Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Kosta Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Daha sonra Kosta Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib. R.Çaves yeni hökumətdə prezidentlik, eyni zamanda maliyyə naziri vəzifələrini tutacaqdır.
Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.




Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK