Azərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLAR

Azərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARHaifada "International Bay Conference for Regionality 2025" keçirilib: Azərbaycanın Maarifçiləri ikinci dəfə beynəlxalq platformada
Haifada keçirilən "International Bay Conference for Regionality 2025" bir daha regionun inkişafı, innovasiya və beynəlxalq əməkdaşlıq mövzularını gündəmə gətirərək strateji qlobal dialoq platforması kimi böyük marağa səbəb olub. Haifa körfəzi regionunun iqtisadi, ekoloji və texnoloji inkişaf perspektivlərinə həsr olunan tədbir bu il də dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələri bir araya toplayıb.
Konfransın əsas müzakirə xəttini IMEC -Yaxın Şərq–Avropa iqtisadi dəhlizinin yaradacağı yeni imkanlar, həmçinin nəqliyyat, iqtisadiyyat, ekoloji davamlılıq, təhsil və texnoloji tərəqqi istiqamətləri təşkil edib. Tədbirdə müxtəlif ölkələrin nazirlik rəhbərləri, investorlar, akademik dairələrin nümayəndələri və innovasiya mütəxəssisləri iştirak ediblər. "Bay of Opportunities" və "NextBay Global" sessiyaları isə təhsil, biznes və startap ekosistemi üçün geniş əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradıb.
Konfransın ilk günü beynəlxalq delegasiyalar üçün ikitərəfli görüşlər, multikultural əməkdaşlıq platforması və geniş şəbəkələşmə proqramı ilə yadda qalıb. Növbəti gün açılış mərasimi, keynote çıxışlar, IMEC-in regional təsirləri barədə panel müzakirələri, təhsil və biznes, liman və enerji dialoqları, həmçinin yekun sessiya ilə konfransın əsas istiqamətləri təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası ardıcıl ikinci ildir ki, bu nüfuzlu beynəlxalq tədbirdə iştirak edir. Bu il Assosiasiya təhsil və biznes sahələrini təmsil edən 7 nəfərlik heyətlə konfransa qatılıb. Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin innovativ təhsil modeli, uşaq inkişafı layihələri və maarifçilik təşəbbüslərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm addım kimi dəyərləndirilir.
Tədbir, həmçinin Azərbaycan nümayəndələri üçün yeni tərəfdaşlıq istiqamətləri, innovativ təcrübələrin mübadiləsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub.
Azərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLARAzərbaycan maarifçiləri beynəlxalq konfransda iştirak edib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 18 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri