Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunub

Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunubİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, "Vergi inzibatçılığının effektivliyinin inkişafı üçün texnoloji (rəqəmsal) həllərdən, o cümlədən iri həcmli məlumat bazalarının təhlili üsulundan istifadə" və "İnsan resursları potensialının artırılması" mövzularına həsr olunmuş tədbirdə MDB ölkələrində aparılan vergi islahatları, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində böyük həcmdə məlumatların təhlili üçün texnoloji (rəqəmsal) həllər və metodlardan istifadə, innovativ mexanizmlərin yaratdığı imkanlar, insan resurslarının təkmilləşdirilməsi sahəsində həyata keçirilən işlər, həmçinin vergi orqanlarının 2022-ci il üzrə əsas fəaliyyət göstəriciləri, qanunvericilikdə dəyişikliklər, işçi qrupların fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən İ.Vəliyev Qazaxıstanın Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Jandos Duysembiyevi yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona peşəkar fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin təqdimatı dinlənilib. İclas iştirakçılarına vergi inzibatçılığının effektivliyinin inkişafı istiqamətində tətbiq olunan müvafiq texnoloji (rəqəmsal) həllər, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də Dövlət Vergi Xidmətinin insan resursları potensialının artırılması istiqamətində təcrübəsi barədə məlumat verilib. Azərbaycanın qarşıdakı dövr üçün sosial-iqtisadi inkişaf hədəflərində insan kapitalının inkişafı və rəqabətqabiliyyətli insan resurslarının yaradılmasının əsas prinsiplərdən olduğu, Dövlət Vergi Xidmətinin kadrların inkişafına yönələn müxtəlif layihələr həyata keçirdiyi, müasir təlim metodlarından faydalandığı bildirilib. Qeyd olunub ki, vergi sisteminin təkmilləşdirilməsi sahəsində mütərəqqi yanaşmalar daim diqqətdə saxlanılır.
İclas zamanı, həmçinin, Koordinasiya Şurasının 2022-2023-cü illər üçün İş Planının nəticələri və 2023-2024-cü illər üçün İş Planı, növbəti iclasın əsas mövzusu və gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub. Sonda Koordinasiya Şurasının 31-ci illik iclasının 2024-cü ilin ikinci yarısında Qırğızıstanda keçirilməsi qərara alınıb. Növbəti iclasın mövzusu "Ödənişin şəffaflığı və onun geri qaytarılmasının asanlığı üçün ƏDV inzibatçılığında rəqəmsal həllər" olacaq.

Siyasi       Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun son xeber az son xeberler az kriminal xeber