"Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur" - Deputat
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabrda Özbəkistana işgüzar səfər edib. Dövlət başçısı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edib. Səfər çərçivəsində İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüş keçirərək iki ölkə arasında əməkdaşlıq, regional layihələr və strateji tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov azxeber.com-a açıqlamasında deyib ki, sözügedən görüş regionun gələcək inkişaf strategiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni regional təşəbbüsləri razılaşdırmaq baxımından olduqca əhəmiyyətlidir:
"Sözügedən görüş regionun gələcək inkişaf strategiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni regional təşəbbüsləri razılaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələriylə iqtisadi, nəqliyyat, investisiya və enerji sahələrində əməkdaşlığı güclənməkdədir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq vahid siyasi format səviyyəsinə yüksəlibdir. Artıq bu əlaqələr tarixi-mədəni yaxınlıqdan daha geniş, daha funksional və daha strateji bir məzmuna malikdir".
Deputat deyib ki, Mərkəzi Asiya üçün Orta Dəhlizin inkişafı çox böyük əhəmiyyət daşıyır:
"Mərkəzi Asiya üçün Orta Dəhlizin inkişafı çox böyük əhəmiyyət daşıyır. Belə ki, yüklərin Avropaya daha səmərəli daşınması məsələsi prioritetdir. Beləliklə dövlətimiz Mərkəzi Asiyanın Avropa və Xəzər regionu ilə əlaqələrinin gücləndirilməsində vasitəçi ola bilər".
Parlamentari vurğulayıb ki, artıq Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur:
"Artıq Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur və bu istiqamətdə keçirilən bütün təmaslarda tamhüquqlu iştirakçı status da qazandı. Bu, sadəcə simvolik jest deyil, yeni bir siyasi xəritənin formalaşması deməkdir. Azərbaycanın Mərkəzi Asiya platformasına daxil edilməsi son illər dövlətimizin bu öklələrlə sürətlə inkişaf edən strateji əməkdaşlığından irəli gəlir.
Bu qərardan sonra Azərbaycanın yalnız müşahidəçi və ya tərəfdaş kimi deyil, məhz regional qərarların qəbulunda söz sahibi kimi çıxış edəcəkdir".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib