Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Mətbuat Şurasından Oxu.Az-a verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 
İclasda öncə MŞ-nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub. Ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər. 
Ə. Amaşov bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya ümumilikdə 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır. 
Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1, qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə bir faizini təşkil edib. 
Ə.Amaşov bildirib ki, iyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib: "Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib.
Ə.Amaşov MŞ-nin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.
MŞ sədri həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. "Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük".
O əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir. 
Ə.Amaşov MŞ-nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. "Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir".   
İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edildi. Qərara alındı ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin. 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

Sosial       Tarix: 25 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər xəbərlər.com hava haqqinda xeber.az