Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidirAzərbaycan 70 il Rusiyanın müstəmləkəsi altında olub. Bu müddət ərzində Rusiyanın köməyi ilə torpaqlarımız parçalanaraq Ermənistana, Gürcüstana, Dağıstana verilib. Azərbaycanın yerüstü və yeraltı sərvətləri mənimsənilib. İnsanlar 200 ildən artıq Çar Rusiyası tərəfindən öz doğma yurd-yuvalarından departasiya olunublar, istismara məruz qalıblar, milyonlarla insan öldürülmüş, ərazilərimiz işğal edilmiş, savadlı, bacarıqlı insanlarımız sürgün edilmiş, qətlə yetirilmişdir.
Bizi mədəniyyətimizdən, milliliyimizdən, adət-ənənələrimizdən kökümüzdən, dinimizdən uzaqlaşdırmağa çalışıblar. 30 il işğal altında qalan əzəli-əbədi torpaqlarımızda tarixi, dini abidələrimizin sökülüb dağıdılması, yer üzündən silinməsi də buna sübutdur.
1990-cı ildə məhz Rusiya Federasiyasının başçılığı ilə rus və erməni hərbi birləşmələri Azərbaycana soxularaq qanlı terror törətdilər. Azərbaycan yüzlərlə günahsız şəhid verdi. Azərbaycanı parçalamaq və demək olar ki, bölərək yox etmək istəyən dövlətlər artıq neçə illərdir ki, həm də Azərbaycanda "5-ci kalon"dan güc almaqdadır. "5-ci kalon"da Azərbaycanda yaşayan, Azərbaycanın çörəyini yeyən bəzi rus xalqının nümayəndələri, eyni zamanda iqtidarda və müxalifətdən olan insanlar da var. Belələri əsarət altında yaşamağı və nəyin bahasına olursa olsun şəxsi mənafeyini güdərək varlanmağı üstün tutanlardır. Bir çox qeyri-dövlət təşkilatları da maliyyə vəsaitinə görə "5-ci kalon"un mövqeyini dəstəkləyir. Öz şəxsi mənafeyini vətəninin, xalqının mənafeyindən üstün tutur. Belə siyasi savadı olmayan, vətən anlayışı olmayan bəzi ünsürlər başa düşmək istəmirlər ki, bir il azad yaşamaq yüz il kölə kimi yaşamaqdan üstündür.
Biz birləşsək vətənimizi də, xalqımızı da, milli mənafeyimizi də qoruya bilərik. Bizi daxildən parçalamaq istəyən, kölə etmək istəyənlərlə iş birliyi qurmaq vətən xaini olmaq deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kalonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kalon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kalon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.
Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm də parlamentin rolu artacaq.
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir".
Gənclər həmişə əsas qüvvə olublar. Azərbaycanda sağlam ruhlu, savadlı gənc nəsil yetişir. Azərbaycan əhalisinin demək olar ki, əksər hissəsini gənclər təşkil edir. Azərbaycan gəncləri 44 günlük vətən müharibəsi
dövründə özünü ən yaxşı cəhətdən göstərdi. Milyonlarla gənc könüllü olaraq vətən uğrunda döyüşə atıldı.
Gələcək nəslin milli, vətənpərvərlik ruhunda böyüməsi, xarici təsir altına düşməməsi üçün, onlarla qanunvericiliyə uyğun olaraq iş aparmalı, onları fəal, səmərəli işə cəlb etməli, onların asudə vaxtının səmərəli təşkil edilməsi üçün lazımı işlər görülməlidir.
Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür. Xalqımız təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu əmin-amanlığı, siyasi sabitliyi qorumaq hər bir azərbaycanlının borcudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan döqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işğüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycan siyasəti situativ deyil".
Şəhla Ağbulud

Siyasi       Tarix: 10 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xeber az sonxəbər xəbər az