Azərbaycan Naxçıvanın vurulmasına görə İrandan izahat gözləyir - Deputatdan açıqlama

Azərbaycan Naxçıvanın vurulmasına görə İrandan izahat gözləyir - Deputatdan açıqlamaAzərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir. Bunu Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib. 
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev azxeber.com-a bildirib ki, İrandan açıq və şəffaf izahat gözləyirik:
"İrandan açıq və şəffaf izahat gözləyirik. Amma qarşı tərəf hələ də mövqeyini formalaşdırma mərhələsində ola bilər. Bu gün dəqiq açıqlama vermək üçün düşünürəm ki, İranda bununla bağlı təhlillərin aparılması üçün müəyyən qurumlara ehtiyac var. Müəyyən qüvvələrin məsələni təhlil etməsi üçün imkan, vaxt və məkan lazımdır. Hadisələr artıq öz pik nöqtəsinə çatıb".
Parlamentari qeyd edib ki, İran bu gün regionda həssas balansı qorumağa çalışır:
"İran bu gün regionda həssas balansı qorumağa çalışır. Yəni, məsuliyyəti üzərinə götürmək və ya əksinə, onu inkar etmək gələcək münasibətlərə ciddi təsir göstərə bilər. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq humanitar yardım və qonşuluq siyasəti davam etdirilir.
İran isə bu məsuliyyəti inkar edə bilməz. Bu, məsuliyyətdən yayınma ehtimalı kimi də dəyərləndirilə bilər. Bəzi hallarda dövlətlər birbaşa məsuliyyəti qəbul etməkdən çəkinir və qeyri-rəsmi şəkildə prosesi idarə etməyə çalışırlar. Bu zaman açıq bəyanatdan əvvəl qapalı diplomatik kanallar işə düşür və bu istiqamətdə addımlar atılır. İran dəqiqləşdirilməmiş məlumatlar əsasında çıxış etmək istəmir". 
Deputat vurğulayıb ki, İranın cavabı münasibətlərə təsir göstərə bilər:
"Xarici işlər naziri Ceyhun Bayramovun fikirləri çox mühümdür və müsbətdir. Biz bu cavabı İrandan gözləyirik və həmin cavabın hansı istiqamətdə olmasından çox şey asılıdır. Münasibətlərimizin formalaşmasında da mühüm rol oynaya bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 22 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu