Azərbaycan nefti bahalaşdı, manat və dollar isə...
"Azeri Light" markalı neftin bir barrelinin qiyməti 69 dollara yaxınlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə dünya birjalarında məlumatlar paylaşılıb.Belə ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 dollar və ya 0,82% artaraq 68,90 dollar təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanın bu il dövlət büdcəsində neftin qiyməti 70 dollar müəyyən edilib.
Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə saziş çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.
Bu arada Azərbaycan Mərkəzi Bankı 21 avqust tarixinə olan valyuta məzənnəsini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, dolların manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Avronun məzənnəsi 0,09% artaraq 1,9797 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,09% artaraq 2,1110 manat olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA